Tuesday, November 12, 2013

Dünəndən sonrakı gün

Afa'dan oxuduğumun təsiri ilə,  elə Afa'ya cavab

Axşamdan qalma yeməkləri soyuducuya, dərdlərini yastığın altına qoy. 

Üzünə təbəssümünü geyin. 
Gəl oturub danışaq.

Artıq televizorlar `Casablanca`nı göstərmir, hə? Telefon zənglərinin səsi də dəyişib. Mən ring-ring edən diskli aparatları işlədirəm hələ də. Doğrusu indi onlara zəng edən də yoxdur. Yəni telefon dəstəkləri də susur. Sənin kimi.

Yaxşı danışmayaq.
Gəl oturub susaq.

No comments:

Post a Comment