Thursday, June 23, 2016

Yüzüne cennet kaçmış

Cennet mi o yüzündeki?


- Hayır, müzik açtım sadece

Sesini de açsana

- Çok parlaklar bugün....

Ne? Neyi kast ettin?

- Yıldızlar diyorum, ışıl-ışıl

Boşversene

- Biliyor musun, benim masalımda gökyüzü sensin

Biliyorum!

Thursday, May 5, 2016

Hıdırellez

Bugün balkan ölkələri Hıdırellez (Ederlezi) bayramını qeyd edirdi. Bəziləri isə sabah, yəni 6 may tarixində də qeydə davam edəcəklər (saat 12`ni keçsə də, mən hələ yatmadığım üçün tarix mənə hələ də 5 may`dır). Bolqar, Serb, Yunan, Makedon və Türklərin yazın gəlişini qeyd etmək üçün keçirdikləri bayramdır Hıdırellez. Bizim ölkədə də qeyd edənlər var deyə eşitmişəm, amma hələ rast gəlməmişəm. Onu deyim ki, hər balkan ölkəsində çox maraqlı adətlərlə müşayiət olunan bayramdır. Mən etnik azlıqlar haqqında öyrənməyi çox sevirəm, elə bu bayrama da balkanlarda yaşayan yörüklər haqqında oxuyarkən rast gəlmişdim.

Friday, April 15, 2016

Sarıdan bənövşəyiyə doğru

Gənc qızın `Fransız portreti` görüntüsünü şəhərin yorğun səhər küləyi pozurdu sadəcə. Onun xaricində hər şey 4`də 4 deyəcəyimiz qədər ideal idi. Ya da mənim baxdığım yerdən baxanda elə görünürdü. 

Səhər erkəndən oyanıb günə musiqi və təzə sıxılmış kök suyu ilə başlamışdı. Sonrasında bir neçə dəqiqəlik qapının kəndarına söykənib şirin səhər yuxusunda olan oğlunu seyrə dalmış, yaxınlaşıb üzərindəki örtüyü qaydasına salaraq yanağından öpmüş və axşam sevinərək danışacağı fantastika dolu yuxularını bölməmək üçün otağı barmaqlarının ucunda, sakitcə tərk etmişdi. 

Zərif mavi paltosu, başına azacıq köndələn geyindiyi eyni rəngli  bireti ilə aynadakı əksinə gülümsəmişdi (bu görüntüsündən məmnunluğunu ifadə edirdi zənnimcə). Yağış yağacağı proqnozunu bildiyi halda götürmək istəmədiyi çətirinə gözü sataşmış, ancaq elə fikrini dəyişmədən çiyin aşırmalı tory burch markalı kiçik çantasını alıb evdən çıxmışdı.

Wednesday, February 3, 2016

Heidelberg (vida qeydi)

Bu dünyada nağıl çoxdur, hamısı da belə başlar: biri vardır, biri yoxdur. Nağıllarda şəhər çoxdur. İstəyirəm danışım mən, bir dənizin sahilində nağıl olan şəhərimdən (E. Yaqubov. `Bakı haqqında nağıl` mahnısı). Eyyubu, oxuduğu mahnıları, Bakını, ələxsus da İçəri Şəhəri sevirəm. Amma bu gün başqa nağıladır yolumuz :)

Thursday, January 7, 2016

Və yenə bazar (və ya Melanxolik Təqvim)

      Bazar        
Gəl bir az danışaq, bir az susaq, bir az oturaq, bir az yaşayaq.
Sonra yenə həmin boz günlər, acı qəhvələr, ölü sinir hüceyrələri, bol karbohidrat..
Gəl, gəl mənimlə, ver əlini, aç qapılarını, aç pəncərələrini, sök, at bədənini, ruhunu al, gəl.
Sonra yenə tıxaclar, ozonun dəliyi, qlobal istiləşmə, intihar edən balinalar, divarlar, divarlar..
Gəl, bir az, aş sərhədlərini, yox say çərçivələrini, geyin ən gözəl gülümsəməni..
Sonra yenə qaydalar, sözlər, planlar, yaşanmamış arzular, öhdəliklər..
Gəl, bir az dincəl, bir az  öz ol..
Sonra yenə yadlar, kölgələr, oyunlar, vədlər..
Gəl, bir az, bir azca biz ol..
Sonra yenə onlar, filankəslər.. Və sonra yenə qapılar, kilidlər, boz günlər. 

Bazar ertəsi
Çərşənbə axşamı
Çərşənbə
Cümə axşamı
Cümə
Şənbə
və yenə Bazar
Ömür
Bir ömür
Vurduğun ətrin xoş qoxusu üst geyimimə hopub. Külək gücləndikcə gödəkcəmə daha çox sarılıram, papağımı da daha dərinə çəkirəm, nəfəsimi də..
Soyuqdanmı qorunuram, sənəmi sığınıram bilə bilmədim?!
Ömür
Bir ömür