Wednesday, December 11, 2013

Sərkərdəyə məktub göndərməyə zamanlararası yolculuq maşını axtarıram

Ötən günlərin birində "n" sayıncı dəfə şotlandların sevimli (böyük ehtimalla ingilislərin sevimsiz) filminə baxırdım. Cənab Gibsonun bütün məharətini lentə köçürdüyü və bizim nəslin xoşbəxt (nisbi ola bilər)
nümayəndələrindən 6 yaş daha gənc olan filmi yəqin ki çoxları sevir. Film baxılmalı olmağına baxılmalıdır. Hətta bəzilərində (məsələn mənim kimi anormal film izləyiciləri) asılılıq da yarada bilir - di gəl ki, insanın ağlını başqa nəsnələr də qurcalayır bəzən.

Məsələn elə bu atlar. Ümumiyyətlə bütün filmlərin (reallıqda da) döyüş səhnələrində insanlardan çox atlara acıyır insan. Döyüşə girən hər iki tərəfin bir ambisiyası olur (nə qədər alçaq, ucuz və ya mötəbər, ulu olmasından asılı olmayaraq). Amma ki, bu atlar, yazıq atlar, hər şeydən xəbərsiz atlar.

Günlərdir başqa probləmlərim yoxmuş kimi bu işğal edib düşüncəmi. Bu həftəlik özümə bu problemi tapmışam. Görək necə həll edirik.

Sərkərdələrə məktub yazmaq gərək.
Onu da göndərməyə zaman maşını axtarmaq gərək
Qısacası bu həftəyə çox iş var
The Pursuit of Happyness filmində o dilənçi kişinin iddiasının doğruluğunu da düşünürəm bəzən. Məncə də o zaman maşını idi ;)

No comments:

Post a Comment