Friday, December 27, 2013

Androgino Məmləkəti #1

Alt başlıq: Androgino Sakinləri
Qeyd: Yuxularda zaman maşını ilə səyahət etdiyim bir ölkə haqqında


Coritos (oxu: koritos) okeanından çox da uzaq olmayan, yarısından çoxu hava ilə dolu olan, göz baxdıqca uzanmayan çöllərdə (dağ çölü) yerləşir bu Androgino məmləkəti. "Təxmini" əhali sayı 5628dir. Statistika aparılmasa da - hansı zalım pöhrəsini saxlayıb əhali sayını soruşsan əminliklə bu say deyəcək. Üstündən 10 il keçsə də, havada karbon əvəzinə neon çoxalsa da, bunlar üçün say dəyişmir ki, dəyişmir. Əmindilər 5628.
Pöhrə demişkən bu qərib məmləkətdə fərqli düşüncə, fərqli həyat tərzi hökm sürür. Məs: bütün ölkə bir şəhərdən ibarətdir, şəhər sakinləri insanlar yox bitkilərdir, bu bitkilərin əsas məşğuliyyəti karbon tükətməkdir.


Androginoya az da olsa hər gecə turistlər gəlir. Bunlar mənim kimi gecə yuxuya gedib zaman maşınına əyləşənlərdir - gəlib bu qərib məmləkətə bir gecəlik qonaq olurlar. Turistləri təəccübləndirmək üçün Androgino əhalisi o qədər də əmək sərf etmir. Ümumiyyətlə heç nə eləmirlər bunun üçün, onların elə mövcüdluğu turistləri mat məhəttəl qoymağa bəs edir. Orada min bir çətinliklə qaya parçalarını daşıyıb gətirib düz monoton yerlərdə dərə-təpəni xatırladan daş qalaqlı yollar qururlar, avtobuslar digər 2 təkəri qorumaq üçün bir tərəfi üstdə hərəkət edir, velosipedlər isə 4 dayaqlıdır (2 təkər, 2 bitki kökü/ayağı). Metrolara əvvəl minənlər minir, sonra düşənlər düşür, dərin yerdələnlər tikilir, bitkilər bu yerdələnlərdə yaşamağın şirin xəyalı ilə karbon tükətməyə davam edir. Ən maraqlısı orada təyyarələr yerdə uçur, havada dayanır.

Androgino sakinləri sakitcə (səsi eşidilmədən) danışır, bəlkə də heç danışmırlar. Günəşin parlaq, yağışın çox olması, gübrələrinə qatılan azotun miqdarı, qarlı qışın basdırmağı bu bitkiləri dinib danışdıra bilmir. "Ağızlarına su alıb oturublar" misalı bunlar da ağızlarına su alıb karbon tükətməklə məşğuldurlar. Yəni turistləri (yəni adamları) heyran qoyan dözümə malikdirlər. MashaAllah elə bil səhra bitkiləridir mübarəklər.

Nə isə, bu Androginodan danışacaqlarım çoxdur.
Davamında görüşənədək :)

No comments:

Post a Comment