Sunday, December 6, 2015

Ölsəm Bağışla

Alıntılar/qəlbə toxunanlar/Afa`dan oxuduqlarım: 



Tavan Arasından Şüuraltına
"-İşıq?
-Qalsın, söndürmə!
-Qapı?
-Qalsın, örtmə!
-Sən?
-Qalsın, öldürmə!" - dedim mən.

O da çiyinlərini çəkdi, işığı da söndürdü, qapını da çırpdı, çıxdı getdi də. Üç-beş dəqiqə sonra geri döndü, ayaq səslərini eşitdim. Ayaqları da bəs idi bir ömür yaşamağa əslində, amma ayaq barmaqlarının ucunda içəri girdi, şamları yandırıb, qapını da az aralı qoyub elə barmaqlarının ucunda da çıxıb getdi sonra, yenə. Sevgili Ümid idi O.

Başqa qapılardan içəri girib, başqa işıqları yandıracaqdı. Bədəninin bütün üzvləri ilə başqalarının evlərində nəql edəcəkdi hekayəsini, hər dəfə başqa gözlərə baxıb başqa cümlələrlə danışacaqdı, hər nöqtədən sonra unudacaqdı nöqtədən əvvəlki sözlərini. Başqalaşacaqdı başqa əllərə toxunduqca, başqa güzgülərdə özünü gördükcə. Utanacaqdı bəlkə əllərdən, gözlərdən, sözlərdən, oturub ağlamaq istəyəcəkdi, istəsə də oturmayacaqdı, çünki bitməyən hekayəsi vardı, onu gözləyən minlərlə qulaq, qapılarını aralı qoymuşdular. Sevgili Yalan idi O.

Bizi öldürməyən Yalan Ümid idi, sevgilimizdi. Yalandı, ama gözəl idi O.


.....
"Çay demlesem.. içer miyiz?" diyorsun ya...başka ne olsun? Oturup çay içiyoruz, sokaktan hayat geçiyor. "Ben mi öleyim.. yoksa ateş edecek misin?" sormaya gerek yok ona nasılsa...


Ən çox gülüşünü sevmişdi, ilk qurbanını yəni. Ən birinci öldürdüyü də gülüşü oldu. Sadəcə şəkillərdə qaldı, amma onlar da gözlərinin işıltısını tam əks etdirə bilmirdi ki. 

.....Sonra səsini

.............Sonra danışığını

....................Utanmasını

............................və qısası indi unutduğu hər şeyi

Qəribədir, hər gün bir yerlərdə insanlar ölür. Biz isə bizim özəl, ölümün də bizdən uzaq olduğunu düşünərək yaşayırıq. İndi növbə mənimdir. Gecələr saya bilməyəcəyim ulduzlarımız üçün, küləkli-yağışlı axşamda qaçıb kəndarına sığına bilməyəcəyim evimiz üçün, yaşlana bilməyəcəyim eynək yoldaşlığın üçün üzr istəyirəm. Bağışla.

                                             * * *

-Peki bu dondurmalar ve silah niye? 
-Film izler misin?
-Cevap bu mu?
-Film izleyelim mi?
-Tamam, ne izleyelim?
-Ölsəm Bağışla.





No comments:

Post a Comment