Thursday, January 7, 2016

Və yenə bazar (və ya Melanxolik Təqvim)

      Bazar        
Gəl bir az danışaq, bir az susaq, bir az oturaq, bir az yaşayaq.
Sonra yenə həmin boz günlər, acı qəhvələr, ölü sinir hüceyrələri, bol karbohidrat..
Gəl, gəl mənimlə, ver əlini, aç qapılarını, aç pəncərələrini, sök, at bədənini, ruhunu al, gəl.
Sonra yenə tıxaclar, ozonun dəliyi, qlobal istiləşmə, intihar edən balinalar, divarlar, divarlar..
Gəl, bir az, aş sərhədlərini, yox say çərçivələrini, geyin ən gözəl gülümsəməni..
Sonra yenə qaydalar, sözlər, planlar, yaşanmamış arzular, öhdəliklər..
Gəl, bir az dincəl, bir az  öz ol..
Sonra yenə yadlar, kölgələr, oyunlar, vədlər..
Gəl, bir az, bir azca biz ol..
Sonra yenə onlar, filankəslər.. Və sonra yenə qapılar, kilidlər, boz günlər. 

Bazar ertəsi
Çərşənbə axşamı
Çərşənbə
Cümə axşamı
Cümə
Şənbə
və yenə Bazar
Ömür
Bir ömür
Vurduğun ətrin xoş qoxusu üst geyimimə hopub. Külək gücləndikcə gödəkcəmə daha çox sarılıram, papağımı da daha dərinə çəkirəm, nəfəsimi də..
Soyuqdanmı qorunuram, sənəmi sığınıram bilə bilmədim?!
Ömür
Bir ömür